Gəncə sakini dostunun evində ölü tapılıb.
Referans Media xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.
İlkin məlumata görə, 1991-ci il təvəllüdlü Kənan Nurməhəmmədi dostunun evində ölü vəziyyətdə tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
35 yaşlı şəxsin hansı səbəbdən vəfat etdiyi hələ ki, dəqiq bilinmir.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb./Globalinfo.az
