Qəbulda yüksək nəticə göstərənlərə ŞAD XƏBƏR – Belə mükafatlandırılacaqlar

Qarabağ Universitetinə 2026-cı ildə qəbul olunan ən yüksək nəticə göstərmiş 20 tələbəyə 100 gedişlik CityCard Xankəndi kartı hədiyyə ediləcək.

Referans Media xəbər verir ki, bu barədə BakıKart məlumat yayıb.

Bildirilib ki, təşəbbüs gənclərin uğuruna dəstək məqsədilə həyata keçirilir. Belə ki, universitetə qəbul zamanı ən yüksək nəticə göstərən 20 tələbəyə CityCard Xankəndi kartları üzrə 100 gediş təqdim olunacaq.

Təşəbbüsün əsas məqsədi tələbələrin akademik uğurlarını təşviq etmək və onların gündəlik nəqliyyat xərclərinə dəstək olmaqdır./Nocomment.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki