Türkiyəli sosial media fenomeni Çağla Öz Mehmet Fatih Tançalanla evliliyindən sonra gözlənilməz hadisələrin mərkəzinə düşüb.
Referans Media Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilir ki, “Vanlı Kara Haydar” ləqəbi ilə tanınan Tançalan “cinayət yolu ilə əldə edilmiş əmlak dəyərlərinin leqallaşdırılması” ittihamı əsasında həbs olunub. Ardınca Çağla Öz də istintaq çərçivəsində saxlanılıb.
Toydan sonra Çağla Özün sosial media hesabını bağlaması diqqət çəkib. Fenomenin həmin vaxt 1,5 milyon izləyicisi olub.
Qeyd edək ki, Mehmet Fatih Tançalan toy mərasimində həyat yoldaşı Çağla Özə milyonlarla lirə dəyərində qızıl və digər qiymətli əşyalar taxması ilə də gündəmə gəlmişdi. Toydan görüntülər və təqdim olunan qiymətli hədiyyələr həmin vaxt sosial mediada geniş müzakirə olunmuşdu.
Sözügedən toy məclisində azərbaycanlı blogerlər Arifə Bəylərsoy (Məmmədova) və həyat yoldaşı da iştirak edib. Bildirilir ki, Arifə Bəylərsoy Çağla Özün rəfiqəsidir.
