Bu axşam UEFA Çempionlar Liqasının liqa mərhələsində birinci turun son oyunları keçiriləcək.
Referans Media Qaynarinfo-ya istinadən xəbər verir ki, gecənin əsas qarşılaşmalarından birində "Mançester Yunayted" klubu İngiltərədə təmsilçimiz "Sabah"ı qəbul edəcək.
Azərbaycanda azarkeşlər "Mançester Yunayted" - "Sabah" oyununu Bakı vaxtı ilə saat 23:00-da İctimai TV-də izləyə biləcəklər.
Gecənin digər maraqlı qarşılaşmalarında "Fənərbağça" İstanbulda İtaliyanın "Roma" klubu ilə, "Bavariya" isə Almaniyada Norveçin "Budyo Qlimt" klubu ilə qarşılaşacaq.
Azarkeşlər "Fənərbağça" - "Roma" oyununu Bakı vaxtı ilə saat 20:45-də, "Bavariya" - "Budyo Qlimt" qarşılaşmasını isə saat 23:00-da "CBC Sport" TV-də izləyə biləcəklər.
Çempionlar Liqası
I tur
10 sentyabr
20:45, "Fənərbağça" - "Roma" ("CBC Sport" TV);
23:00, "Mançester Yunayted" - "Sabah" (İctimai TV);
23:00, "Bavariya" - "Budyo Qlimt" ("CBC Sport" TV).
