Qərib Mehdi vəfat etdi

Əməkdar jurnalist, şair Qərib Mehdi 90 yaşında vəfat edib.

Referans Media APA-ya istinadla xəbər verir ki, bu barədə teatrşünas Anar Bürcəliyev məlumat verib.

O bildirib ki, şair iki gün əvvəl səhhətində yaranmış ani problemlər səbəbilə xəstəxanaya yerləşdirilib.

Qərib Mehdi sabah Gəncədə “İmamzadə” qəbiristanlığında dəfn ediləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki