image-vesiqeeeshexsiyyet-sexsiyyet-vesiqesi-idbackend

Qeydiyyat yoxdursa, uşağa vəsiqə necə alınır? – Vacib açıqlama

Bəzi vətəndaşların yaşadığı ünvanda və ya hər hansı bir yerə qeydiyyatı olmadığına görə övladına şəxsiyyət vəsiqəsi ala bilmirsə, nə etməlidir? Hansı prosedurlardan keçərək övladına vəsiqə ala bilər? Çünki imkanı olmayan şəxslər var ki, sosial yardım almaq üçün müraciət edəndə, bu sarıdan problemlə üzləşirlər.

Referans Media  xəbər verir ki ,mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Emil Aslanov bildirib:

“Hər bir Azərbaycan vətəndaşının Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi olmalıdır. Həmin vəsiqədə də şəxsin qeydiyyatının olması ilə bağlı yer var”.
Hüquqşünasın sözlərinə görə, uşaqlar da valideynlərinin olduğu yer üzrə qeydiyyata düşürlər.

Yetkinlik yaşına çatan şəxslərdən bəhs edən Emil Aslanov deyib:
“Bu halda onun mülkiyyətində hər hansı bir ev yoxdursa, şəxsin qeydiyyata düşməsinə qadağa qoyulur. Çünki hər bir şəxs mülkiyyət və evin çıxarışı olduğu zaman həmin evə qeydiyyata düşmək hüququna malikdir”.

“Belə olan halda, qohumunun, tanışının da evinə qeydiyyata düşə bilmirsə, bu zaman ərazi üzrə polis idarələrinə müraciət etməklə, polisdə qeydiyyata düşmək hüququna malikdir. Əgər polis idarəsi vətəndaşı qeydiyyata almaq istəmirsə, imtina əsasında məhkəməyə müraciət edərək yenidən polis idarələrinə qeydiyyata düşməsi məhkəmə qaydasında mümkündür”, — deyə hüquqşünas qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki