Hava proqnozlarına baxanda da fevral ayında Azərbaycan üçün xarakterik olmayan mənzərə ilə qarşılaşırıq: bu gün üçün 20, sabah üçün 23 dərəcə.
Referans Media xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin Seysmologiya şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru Tahir Məmmədli bu barədə Oxu.Az-a danışıb.
O bildirib ki, zəlzələlər, adətən, yerin bir neçə kilometr dərinliyində olur:
“Ona görə də yerin üstündə baş verən hadisələr zəlzələlərin olması üçün əsas səbəb deyil. Yəni zəlzələləri əmələ gətirən mexanizmlər tamamilə fərqlidir və havanın ona heç bir təsiri yoxdur”.






















