Quba-Xınalıq yolunun 39-cu kilometri müvəqqəti olaraq nəqliyyatın hərəkəti üçün bağlanıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun genişləndirilməsi və təhlükəsizliyin təmin olunması istiqamətində işlərə başlanılıb.
Hazırda əraziyə xüsusi texnika cəlb olunub. Yolun alt yamacında yaranmış təhlükəli vəziyyətin aradan qaldırılması və yolun hərəkət hissəsinin genişləndirilməsi üçün iri qaya parçaları xüsusi avadanlıqlar vasitəsilə doğranır.
Ətraflı videosüjetində:
