Prezidentin vəzifədən azad etdiyi şəxs KİMDİR?- DOSYE

Ayaz Nəriman oğlu Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Referans Media  Ayaz Əsgərovun dosyesini təqdim edir:

Əsgərov Ayaz Nəriman oğlu 1964-cü ildə Tovuz rayonu Qovlar qəsəbəsində anadan olub. 1989-cu ildə Moskva Ət və Süd məhsullarının Texnologiyası İnstitutunu, 2006-cı ildə isə Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib. 

1989–2006-cı illərdə müxtəlif vəzifələrdə işləyib, 2006–2011-ci illərdə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini, 2011–2016-cı illərdə isə Qazax Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. Yeni Azərbaycan Partiyasının üzvüdür.

O, Azərbaycan Respublikası Prezidentinin 19 may 2016-cı il tarixli Sərəncamı ilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.

Ailəlidir, 3 övladı var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki