Məkkə və Ciddədə hücum XƏBƏRDARLIĞI

Səudiyyə Ərəbistanının Məkkə, Ciddə və Taif əyalətləri də daxil olmaqla, çoxsaylı əraziləri üçün hücum xəbərdarlığı verilib və ictimaiyyətə təhlükəsiz yerlərə getməyə çağırış edilib. 

Referans Media  xəbər verir ki, Səudiyyə Ərəbistanının Mülki Müdafiə İdarəsi sosial media hesabı vasitəsilə belə açıqlama verib. 

Bəyanatda Milli Xəbərdarlıq Platforması tərəfindən Məkkə, Taif və Ciddə üçün "təhlükə" xəbərdarlığının verildiyi bildirilib. 

Vətəndaşlardan potensial təhlükələrə qarşı ayıq-sayıq olmaları, hakimiyyət orqanlarının təlimatlarına əməl etmələri və izdiham içində toplaşmamaqları xahiş olunub.

Onlardan, həmçinin heç bir hadisənin görüntüsünü qeydə almamaları bildirilib. Digər tərəfdən, açıqlamada xəbərdarlığın hansı təhlükəyə aid olduğu və ya riskin mənbəyi barədə heç bir məlumat verilməyib. 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki