Qubada FACİƏ – Yolu keçən Hindistan vətəndaşını avtomobil vurub öldürdü

  Qubada Hindistan vətəndaşı qəzada həyatını itirib. 

Referans.az xəbər verir ki, hadisə Bakı-Quba yolunun Qubanın Cağacuq kəndindən keçən hissəsində qeydə alınıb.

Əcnəbi turistlərin olduğu avtomobil yoldakı yanacaqdoldurma məntəqəsinə daxil olub. 

Bu zaman avtomaşındakı sərnişin Mansur Xan maşından düşüb və yolun o biri hissəsinə keçib. Geri qayıdanda onu Hundai markalı avtomobil vurub. Mansur Xan yerindəcə vəfat edib.

Faktı Quba rayon Polis Şöbəsi araşdırır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki