Qusarın Hil kəndində “ZİL” markalı yük avtomobili ilə “VAZ-2107” markalı minik avtomobili toqquşub.
Referans Media APA-ya istinadla xəbər verir ki, qəza nəticəsində 1959-cu il təvəllüdlü S. Saruxanov, 1974-cü il təvəllüdlü A. Güləliyev, 1962-ci il təvəllüdlü İ. Ağakişiyeva və 1989-cu il təvəllüdlü R. Balabekov xəsarətlər alıblar.
Onlar Qusar rayon xəstəxanasına yerləşdiriliblər. Hazırda onlara müvafiq tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma davam etdirilir.






















