Rayonlara yağış, bəzi yerlərə dolu yağıb – Faktiki hava

Saat 22:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.

Referans Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, Naftalan, Şəki, Balakən, Oğuz, Qusarda şimşək çaxır, arabir yağış yağır.

Saat 20:10 radələrində Qazax rayonuna diametri 10-12 mm, saat 20:20 radələrində isə Ağstafa rayonu ərazisinə diametri 25-28 mm olan dolu düşüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki