İndoneziyanın Qərbi Yava əyalətində təxminən 100 metr dərinliyində olan iki qanunsuz qızıl mədəni güclü yağışlar səbəbindən su altında qalıb.
Bu barədə Referans Media "The Jakarta Post" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, içəridə ən azı 26 nəfər qapalı vəziyyətdə qala bilər. Xilasetmə əməliyyatı mədənin dərinliyi, dar keçidlər və hava şəraiti ilə çətinləşir. Mütəxəssislər suyu nasosla çıxarmağa başlayıblar, lakin davam edən güclü yağışlar və yaxınlıqdakı çayda suyun səviyyəsinin qalxması işi ləngidir./İqtisadiyyat.az/
