Qarabağ qazisi faciəvi şəkildə öldü - FOTO

Tərtər rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.


Referans Media “Qafqazinfo”ya istinadla bildirir ki, hadisə rayonun İsmayılbəyli kəndində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Məhəmməd Böyükağa oğlu Nağıyev yaşadığı evin həyətində yerləşən su quyusuna düşərək boğulub.

Meyit Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Qeyd edək ki, M.Nağıyev Birinci Qarabağ müharibəsi iştirakçısı olub.

Faktla bağlı araşdırma aparılır.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki