WhatsApp-a Instagram-dakı "Yaxın dostlar” funksiyasına bənzər yeni imkan əlavə edilib.
Referans Media xəbər verir ki, yenilik istifadəçilərə statuslarını yalnız "Yaxın dostlar” siyahısında yer alan şəxslərlə paylaşmağa imkan verir.
Bu üsulla paylaşılan statuslar adi paylaşımlardan bənövşəyi rəngi ilə fərqlənir. Həmçinin statusa baxan şəxslər paylaşımın müəllifin yalnız seçilmiş şəxslər üçün nəzərdə tutduğu status olduğunu görə bilirlər.
Qeyd edək ki, Instagram-da eyni funksiya yaşıl rənglə fərqləndirilir./Sfera.az/
