Rusiyanın Kemerovo vilayətində, Kuzbass bölgəsində Mayzas qəsəbəsi yaxınlığında Tom çayı üzərindəki ponton körpüsü güclü su axını və buz kütlələrinin təsiri nəticəsində dağılıb.
Referans Media xəbər verir ki, hadisə noyabrın 23-də baş verib. Görüntülərdə avtomobilin körpüdən keçməsindən cəmi bir neçə saniyə sonra güclü axının və sürüklənən buz parçalarının körpünü iki hissəyə ayırdığı görünür.
Zərbəyə tab gətirməyən ponton körpüsü çayın axınına düşərək sürüklənib.
Hadisənin görüntüləri noyabrın 24-25-də sosial şəbəkələrdə və xəbər səhifələrində geniş yayılıb./Ajans.az/
