"Real"ın keçmiş ulduzu "Barsa"ya keçir?
“Barselona” azad agent cəlb etməkdə maraqlı olduğu üçün “Real Madrid”in keçmiş müdafiəçisi David Alaba ilə bağlı vəziyyəti izləyir.
Referans Media xəbər verir ki, bu barədə “Sportowy” portalının jurnalisti Əkrəm Konur məlumat verib.
Mənbənin məlumatına görə, “Barsa”nın baş məşqçisi Hans-Dieter Flik 34 yaşlı futbolçunu “Bayern”dəki dövründən tanıyır. Kataloniya klubu avstriyalı futbolçunun həm mərkəz müdafiəsində, həm də cinahda oynaya bilmə qabiliyyətinə dəyər verir. Lakin hazırda Alaba üçün ən çox ehtimal olunan transfer “Roma” və “Latsio”dur.
Alaba 2021-ci ildən 2026-cı ilə qədər “Real Madrid”də oynayıb. Bu müddət ərzində müdafiəçi bütün turnirlərdə 132 oyunda meydana çıxıb, 5 qol vurub və 9 məhsuldar ötürmə edib.
