Hava limanı təxribatı: yeni müharibə başladı – Lavrov ELAN ETDİ

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Almaniyanın Leypsiq hava limanında aşkarlanan dronla bağlı Moskvaya qarşı səsləndirilən ittihamların təhlükəli eskalasiyaya yol aça biləcəyini deyib.

Referans Media xəbər verir ki, bu barədə o, “RİA Novosti”yə danışıb.

“Leypsiq, hava limanı… Onlar hansısa pilotsuz təyyarə tapdılar. Dedilər ki, bu, Rusiya pilotsuz təyyarəsidir və heç kim araşdırma aparmağa əhəmiyyət vermədi. Bu, əslində əsl müharibənin başlanğıcıdır. Onlar Bonndakı baş konsulluğu qovdular və müqaviləni ləğv etdiklərini elan etdilər. Berlindəki Rus Evini bağlayırlar. İkinci Dünya müharibəsi başlamazdan əvvəl almanlar da diplomatik nümayəndəliklərini bağlamışdılar”.

O, Qərbin atdığı addımları “tamamilə qəbuledilməz” adlandıraraq, Qərb ölkələrinin “yenidən müharibə istədiyini” iddia edib./globalinfo.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki