“Qalatasaray”dan ayrıldıqdan sonra da gündəmdən düşməyən Mauro İkardi bu dəfə şəxsi həyatı ilə bağlı maraqlı bir detalla diqqət mərkəzinə düşüb.
Referans Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, son dövrlərdə daha çox şəxsi həyatı ilə gündəmə gələn argentinalı futbolçunun sevgilisi Çayna Suareslə birlikdə keçirdiyi anlardan görüntülər yayılıb.
Həmin fotolarda diqqət çəkən əsas məqam isə Suaresin istifadə etdiyi brelok olub. Argentinalı futbolçunun sevgilisinin üzərində “Qalatasaray” forması ilə Mauro İkardinin təsviri olan brelokdan istifadə etdiyi üzə çıxıb.
İkardinin “Qalatasaray”dan ayrılmasına baxmayaraq, bu detalın hələ də istifadə olunması “sarı-qırmızılı” azarkeşlərin diqqətindən yayınmayıb və sosial mediada maraqla qarşılanıb.
Mauro İkardi 2022-ci ilin sentyabrında “Qalatasaray”a transfer olunmuş və “sarı-qırmızılı” forma ilə uğurlu çıxışıyla azarkeşlərin sevgisini qazanmışdı.
33 yaşlı futbolçu “Qalatasaray” karyerası ərzində 134 oyunda meydana çıxıb. Argentinalı ulduz bu qarşılaşmalarda 77 qol vurub və 25 məhsuldar ötürmə edib.
