İki ölkə arasında hərbi gərginlik – Quşa görə

Polşada hava məkanının pozulması ilə bağlı həyəcanın səbəbi böyük quş dəstəsi olub.

Referans Media xəbər verir ki, bu barədə “Rzeczpospolita” məlumat yayıb.

Bildirilib ki, sentyabrın 6-da Polşanın Operativ Komandanlığı Belarus istiqamətindən ölkəyə yaxınlaşan naməlum obyekt barədə məlumat yayıb. Obyektin Polşanın hava məkanına daxil ola biləcəyi ehtimal edilib.

Hadisəni araşdırmaq üçün bölgəyə hərbi helikopter göndərilib. Təxminən bir saat sonra radar sistemlərinin qeydə aldığı siqnalların Polşa hava məkanının pozulması ilə əlaqəli olmadığı müəyyənləşib.

Məlum olub ki, hərbi müşahidə sistemlərinin qeydə aldığı obyekt əslində böyük quş dəstəsi olub.

Qeyd edək ki, Polşada təhlükəsizliklə bağlı hazırlıqlar son günlərdə də gündəmdədir. RMF 24 daha əvvəl ölkədə hərbi mükəlləfiyyətli şəxslərə və mülki vətəndaşlara səfərbərlik vərəqələrinin göndərilməsinə başlanıldığını yazıb. Bildirilir ki, məqsəd mümkün böhran vəziyyətində insanların əvvəlcədən konkret vəzifələr üzrə bölüşdürülməsidir./globalinfo.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki