Rəhim Məmmədov vəfat etdi – FOTO

  Türkiyədə yaşayan azərbaycanlı Əməkdar rəssam Rəhim Məmmədov vəfat edib.

Referans xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.

Rəhim Məmmədovun iyunun 28-də vəfat etdiyi bildirilib.

Qeyd edək ki, rəssam 1928-ci ildə Bakıda anadan olub. Onun Sankt-Peterburq, Bakı, Tiflis, Moskva, Sivas, Kayseri, Konya və başqa yerlərdə çoxsaylı sərgiləri keçirilib. O, Beynəlxalq Memarlıq konqresi sərgisində “Münsif Onur” mükafatına, Azərbaycan Nazirlər Kabineti mükafatına layiq görülüb.

Allah rəhmət eləsin.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki