Rəsmi Bakı bu ölkələri təbrik etdi – FOTOLAR

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Kosta-Rika və El-Salvadoru Müstəqillik Günü münasibətilə təbrik edib.

Referans Media  xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.

“Kosta-Rika Respublikasının Milli Günü münasibətilə Kosta-Rika xalqını və hökumətini səmimi-qəlbdən təbrik edirik!”, – deyə pyalşımda bildirilib.

Bundan başqa, XİN El-Salvadoru bu ölkənin Milli Günü münasibətilə təbrik edib:

“Salvador Respublikasının Milli Günü münasibətilə Salvador xalqını və hökumətini səmimi-qəlbdən təbrik edirik!”

Rəsmi Bakı həmçinin Qvatemala Respublikasını da Milli Günü münasibətilə təbrik edib.

“Qvatemala xalqını və hökumətini səmimi-qəlbdən təbrik edirik!” , – deyə paylaşımda qeyd olunub.

.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki