Şəmkirdə şəhid Xəqani İbrahimlinin büstünün parkdan götürülməsi ilə bağlı məlumat yayılıb. Bildirilib ki, parkda yerləşən şəhidin büstü götürülüb və onun yerində geoloq alim Fərman Salmanovun büstünün ucaldılması nəzərdə tutulur.
İddia olunub ki, şəhidin ailəsi ilə əlaqə saxlanılıb və ailəyə Xəqani İbrahimlinin büstünü öz hesablarına hazırlatdırmaları bildirilib. Daha sonra isə büstün parkda yerləşdirilməsi məsələsinə baxılacağı qeyd olunub.
Referans Media bildirir ki, məsələ ilə bağlı Globalinfo.az Şəmkir Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.
Qurumdan bildirilib ki, şəhid Xəqani İbrahimlinin büstü indi deyil, təxminən, 10 il öncə götürülüb:
“Bu iddia ilə bağlı açıqlama verəcəyik. Məlumatı sanki bu gün götürülübmüş kimi təqdim edirlər, amma elə deyil”.
İH sözügedən ərazidə geoloq alim Fərman Salmanovun adını daşıyan park yaradılması xəbərini təkzib edib:
“Fərman Salmanovun adını daşıyan park yaradılmır. Parkın adı ümumiyyətlə dəyişdirilmir. Sadəcə, orada Fərman Salmanovun heykəli qoyulur”.
