Rasim Ozan Kütahyalı Kozinoğlu– “Kurtlar Vadisi” istintaqı üzrə ifadə verməyə çağırılıb

Türkiyəli jurnalist və şərhçi Rasim Ozan Kütahyalı Kaşif Kozinoğlu və “Kurtlar Vadisi” ilə bağlı aparılan istintaq çərçivəsində "məlumatlı şəxs" qismində ifadə verməyə çağırıldığını açıqlayıb.

Referans Media bildirir ki, Kütahyalı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, son günlər çoxsaylı jurnalistlər ondan istintaqa şahid qismində dəvət olunub-olunmadığını soruşublar.

“Bəli, bu doğrudur. Ensonhaber-də yayımlanan YouTube videolarım və yazdığım məqalələrlə əlaqədar Kaşif Kozinoğlu–‘Kurtlar Vadisi’ istintaqı çərçivəsində ‘məlumatlı şəxs’ qismində bildiyim və şahidi olduğum hadisələri danışmaq üçün hazırda Silivri Ədliyyəsindəyəm”, – deyə o qeyd edib.

Kütahyalı əlavə edib ki, istintaqa rəhbərlik edən Silivri Respublika Baş Prokurorluğunun baş prokuror müavini Ebubekir Efe-yə Kaşif Kozinoğlunun ölümü, eləcə də “Kurtlar Vadisi” və “Kurtlar Vadisi Pusu” seriallarının çəkilişi dövründə şahidi olduğu bütün hadisələr barədə ətraflı məlumat verəcək.

Qeyd edək ki, Kütahyalı istintaqa şübhəli şəxs kimi deyil, "məlumatlı şəxs" statusunda dəvət olunduğunu vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki