“Məndən tez-tez Rusiyanın Ermənistandakı bazasından hansı şəraitdə istifadə edəcəyi soruşulur”.
Referans Media xəbər verir ki, bunu erməni analitik Arqişti Kiviryan yazıb.
O, Rusiyanın Ermənistana hərbi müdaxilə ehtimalının mümkün olduğunu bildirib.
“Sizə bir ssenari deyim. Təsəvvür edin ki, Ermənistana bir neçə min erməni əsilli Rusiya vətəndaşı gəlir və nədənsə yerli hakimiyyət onları deportasiya etmək qərarına gəlir. Moskvanın bu yaxınlarda xaricdəki Rusiya vətəndaşlarının maraqlarını qorumaq üçün ordudan istifadə edilə biləcəyi barədə qanun qəbul etdiyini xatırlayın. Yəni Ermənistandakı hadisələrə müdaxilədə Rusiya hərbi bazasından istifadə edilə bilər”.
Qeyd edək ki, Ermənistanda qarşıdan parlament seçkilərinin gəlməsi fonunda ölkədə təhlükəsizlik və xarici təsir mövzusu yenidən gündəmə gəlib. Ekspertlər hesab edirlər ki, Moskvanın xaricdəki Rusiya vətəndaşlarının “müdafiəsi” adı altında hərbi müdaxilə imkanını nəzərdə tutan qanunu xüsusilə Ermənistanda ciddi narahatlıq yaradır./globalinfo.az
