Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev ötən gün həbs edilib.
Referans.az xəbər verir ki, adı daim Rusiya agentura şəbəkəsinin lideri kimi çəkilən Ramiz Mehdiyevin həbsi şimal qonşumuzun mediasında da geniş işıqlandırılıb.
Rusiyanın ən böyük media orqanlarından “RİA Novosti” agentliyi həbs xəbərini Azərbaycan mediasına istinadla verməyib, Səbail Rayon Məhkəməsindən məlumat əldə edib.
Diqqətçəkən məqam Rusiyanın məşhur Lenta.ru nəşrinin Ramiz Mehdiyevlə bağlı xəbərin sonunda əvvəllər “Vaqner”də döyüşən iki Azərbaycanlının həbs olunmasını da qeyd etməsidir.
Nəşrin bir-biri ilə əlaqəsi olmayan iki xəbəri birləşdirməsi sual doğurub. Bunun redaksiyanın daxili xəbər siyasəti, yoxsa Mehdiyevlə “Vaqner” arasında hansısa əlaqəyə eyham vurulması olduğu bəlli deyil.
Əliyar Xəlil
Globalinfo.az























