Saat 12:00-dan 16:00-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Bu gün Bakının Suraxanı rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Referans Media-ya “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 6/0.4 kV-luq Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 12:00-dan 16:00-dək Yeni Suraxanı qəsəbəsi Vahid Xəlilov küçəsi və yeni yaşayış massivində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki