image-8uqhw2jxtbfnmve8crbocnseoprlsf18xyo2flxe_825backend

Sabah Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndəriləcək

Güzdək dəmiryol stansiyası və Bakı yük stansiyasından 8 yanvar 2026-cı il tarixində Azərbaycandan Ermənistana neft məhsullarının növbəti tədarükü həyata keçiriləcək.

Referans Media xəbər verir ki, daşınması nəzərdə tutulan neft məhsullarına 1 000 ton 92 markalı benzin, 1 000 ton dizel yanacağı və 1 800 ton 95 markalı benzin daxildir.

Xatırladaq ki, Azərbaycanın 1 300 ton “Aİ-95” markalı benzinini daşıyan ilk yük qatarı ötən ay Bakıdan Ermənistana yola salınıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki