Sabah Ermənistana 16 vaqon dizel ixrac olunacaq

Sabah Azərbaycandan Ermənistana növbəti dəfə dizel yanacağı ixrac olunacaq.

Referans Media Qafqazinfo-ya istinadən xəbər verir ki, qonşu ölkəyə ümumilikdə 16 vaqon dizel yanacağının göndərilməsi nəzərdə tutulub.

Bundan başqa, bölgədəki nəqliyyat-kommunikasiya xətlərinin aktivləşməsi çərçivəsində Rusiyadan Ermənistana gedən yüklərin Azərbaycan ərazisindən tranziti də davam edir. Məlumata görə, sabah Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 6 vaqon gübrə və 4 vaqon taxıl tədarük olunacaq.

Bütün məhsullar “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından yola salınacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki