İmişli rayonunun Yalavac kənd sakini, 33 yaşlı Şəbnəm Kərimovanın Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzdə doğuş zamanı ölməsinin təfərrüatı məlum olub.
Referans“Teleqraf”a istinadla xəbər verir ki, Yalavac kənd sahə həkimi, mamaça Xuraman Cəfərova bildirib ki, qadını üç gün əvvəl müayinə edib və hər hansı problem aşkarlamayıb.
“Şəbnəm Kərimova hamiləliyi tam normal keçirib, sonuncu müayinə də bunu göstərdi. Yoldaşı ilə də danışmışam. Dedim, yenə də diqqətli olun”, – həkim söyləyib.
X.Cəfərova deyib ki, ultrasəs müayinə də hamilə qadının vəziyyətinin normal olduğunu təsdiqləyib:
“Yoldaşı dedi ki, indicə Şəbnəmi UZİ müayinəsindən gətirirəm. Həkim deyib ki, hər şey normaldır. Onların iki böyük məktəbli qız övladları var. Bir dəfə də hamilə qalıb, qız olduğuna görə abort etdiriblər – oğlan istəyirmişlər. Bu, dördüncü hamiləliyi olub. Ananın ölümünü eşidib pis olmuşam. Çox bədbəxt hadisədir. Heç həkim deyiləm, bir vətəndaşam. Ortada ana ölümü var”.
***19:40
Sabirabadda doğuş zamanı 33 yaşlı qadın ölüb.
İmişli rayon sakini Kərimova Şəbnəm Vaqif qızı Sabirabad doğum evində doğuş zamanı həyatını itirib.
Ananın dünyaya gətirdiyi övlad isə sağ qalıb.