Şamaxı rayonunda qeydə alınan görüntülər yerli infrastrukturdakı ciddi problemləri və səhlənkarlığı bir daha gündəmə gətirib. Cəmi bir neçə dəqiqə yağan yağış şəhərin küçələrini və sakinlərin həyətlərini yararsız hala salıb.
Referans Media xəbər verir ki, oktyabrın 22-də Şamaxı rayonunun Mirzə Məhəmməd Həsən küçəsində çəkilən videogörüntülər acınacaqlı mənzərəni açıq şəkildə nümayiş etdirir. Sakinlərin narazılığı ilə müşayiət olunan kadrlarda güclü yağışdan sonra evlərin içərisinə və həyətlərə su dolduğu görünür.
Vətəndaşlar bildirirlər ki, küçələrə asfalt çəkiləcəyi vəd olunaraq səbət (şəbi) tökülsə də, heç bir iş görülməyib və nəticədə yollar bərbad vəziyyətə düşüb. Cəmi 5 dəqiqəlik qısamüddətli yağışa belə tab gətirməyən drenaj və yol infrastrukturunun səhifəsi yerli sakinlərin haqlı qəzəbinə səbəb olub./nocomment.az/
