Traktorla 13 yaşlı velosipedçini vurub öldürdü

Neftçala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Referans Media  xəbər verir ki, hadisə oktyabrın 22-si Neftçala-Salyan avtomobil yolunun rayonun Həsənabad qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Həsənov Fərhad Kamil oğlu idarə etdiyi traktorla velosipedlə hərəkətdə olan 2013-cü il təvəllüdlü Əsədli İbrahim Amil oğlunu vurub. Nəticədə, o aldığı xəsarətlərdən ölüb./“Qafqazinfo”/

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki