“Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Cavid Ağaməliyev həbs edilib.
Referans Media bildirir ki, APA-nın xəbərinə görə, Naxçıvan şəhər Məhkəməsinin qərarı ilə Cavid Ağaməliyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, o, dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinir. Cavid Ağaməliyev şübhəli şəxs qismində prokurorluq tərəfindən saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 179-cu (Mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

