Səfərov qardaşlarının cənazələrinin təhvil verilməsi prosesi… – FOTOLAR backend

Səfərov qardaşlarının cənazələrinin təhvil verilməsi prosesi… – FOTOLAR 

Yekaterinburqda iyunun 27-də vəhşicəsinə döyülərək öldürülən azərbaycanlı Ziyəddin və Hüseyn Səfərovların cənazələrinin təhvil verilməsi prosesinə başlanılıb.

Referans  APA-ya istinadən xəbər verir ki, Azərbaycanın Yekaterinburqdakı Baş Konsulluğu cənazələrin Yekaterinburq Məhkəmə Tibbi ekspertiza bürosunun morqundan almasını həyata keçirir.

Hazırda cənazələrin təhvil alınması üçün sənədləşmə işləri aparılır.

***10:11

Yekaterinburqda qətlə yetirilən Hüseyn və Ziyəddin Səfərovların nəşi bu gün Azərbaycana gətiriləcək.

Bu barədə “Report”a onların qardaşı Seyfəddin Hüseynli məlumat verib.

Onun sözlərinə görə, təyyarənin bu gün saat 19:30-da Bakıya çatması gözlənilir.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Azərbaycanın Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.

Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.

Yekaterinburqda amansızlıqla öldürülən qardaşların cənazələrinin təhvil verilməsi prosesi başlayıb - FOTO - VİDEO Yekaterinburqda amansızlıqla öldürülən qardaşların cənazələrinin təhvil verilməsi prosesi başlayıb - FOTO - VİDEO Yekaterinburqda amansızlıqla öldürülən qardaşların cənazələrinin təhvil verilməsi prosesi başlayıb - FOTO - VİDEO

Yekaterinburqda amansızlıqla öldürülən qardaşların cənazələrinin təhvil verilməsi prosesi başlayıb - FOTO - VİDEO



  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki