image-zelzele__8_backend

Səhər saatlarında Azərbaycanda ZƏLZƏLƏ OLDU

Pirqulu stansiyasından 12 km cənubda, Şamaxı rayonunda zəlzələ qeydə alınıb.

Referans Media xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələ yerli vaxtla saat 07.56-da baş verib. 3,7 maqnitudalı zəlzələ ocağının dərinliyi 9 kilometr olub.

Titrəyişlər episentrdə 4 bala qədər hiss olunub.

***

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Pirqulu stanasiyasından 12 km cənubda, Şamaxı-Ağsu sərhəddi (Ağsu) rayonunda zəlzələ qeydə alınıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki