SEPAH-a casusluq edən Türkiyə vətəndaşı saxlanıldı - Görün nələr törədib...

Monteneqro polisi və ABŞ Federal Təhqiqat Bürosunun (FBI) birgə əməliyyatı nəticəsində Kotor kurort şəhərində 39 yaşlı İran və Türkiyə vətəndaşı saxlanılıb.

Referans Media xəbər verir ki, hüquq-mühafizə orqanlarının məlumatına görə, saxlanılan şəxs ABŞ-ın kritik infrastrukturuna qarşı həyata keçirilən genişmiqyaslı haker hücumlarında şübhəli bilinir.

 
İstintaqın ilkin nəticələrinə əsasən, hücumlar nəticəsində ABŞ-də 150-dən çox universitetə ciddi ziyan dəyib. Ümumi maddi zərərin təxminən 3,4 milyard dollar olduğu bildirilir.
Məlumata görə, haker hücumları zamanı ələ keçirilən məlumatlar və sındırılmış universitet hesablarına giriş imkanları İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH/KSİR), eləcə də digər İran təşkilatlarının maraqları naminə istifadə edilib.

Hazırda saxlanılan şəxslə bağlı istintaq davam edir. ABŞ tərəfi onun ekstradisiyası istiqamətində hüquqi prosedurlara başlayıb./KONKRET.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki