Türkiyənin paytaxtı Ankarada keçiriləcək NATO Zirvəsi ərəfəsində təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə çatdırılır.
Referans Media xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, nümayəndə heyətlərinin yerləşəcəyi otellərin cəmləşdiyi Çukurambar rayonu ilə zirvənin keçiriləcəyi Prezident Kompleksi arasındakı ərazi xüsusi nəzarət altında olacaq.
Şəhərin strateji nöqtələrində üz tanıma sistemi ilə təchiz olunmuş müşahidə kameralarının sayı artırılacaq. Xüsusilə piyadaların sıx hərəkət etdiyi ərazilərdə əlavə kameralar quraşdırılacaq.
Yerli texnologiyalar əsasında işləyən bu sistem vasitəsilə şübhəli şəxslərin operativ şəkildə müəyyən edilərək onlara dərhal müdaxilə olunması və mümkün təhlükələrin qarşısının alınması planlaşdırılır.
