Telekanalın məlumatına görə, İsrail xoşməramlı bir jest olaraq qoşunlarını Cənubi Livandakı işğal altında olan ərazidən çıxaracaq.
Referans MEDİA-nın xəbərinə görə, ABŞ Dövlət Departamentinin rəsmisi "Əl-Hadath" televiziyasına bildirib ki, Livan və İsrail nümayəndə heyətləri Vaşinqtonda keçirilən danışıqlarda ABŞ mütəxəssisləri tərəfindən hazırlanmış təhlükəsizlik sahəsində niyyət memorandumunu müzakirə edirlər.
Rəsmi şəxs bildirib ki, "Münasibətlərdəki fikir ayrılıqlarına baxmayaraq, iki tərəf tezliklə başa çatmalı olan beşinci danışıqlar raundundan sonra bu sənədi imzalaya bilər".
Onun sözlərinə görə, xoşməramlı bir jest olaraq İsrail qoşunlarını Livanın cənubundakı işğal altında olan ərazidən çıxaracaq. "Orada Livan ordusu bölmələri üçün pilot zona yaradılacaq", - deyə o izah edib. "Tərəflər hələlik İsrail qoşunlarının çıxarılacağı dəqiq yerləri müəyyənləşdirməyiblər", - deyə o əlavə edib.
Təcrübə zamanı Livan ordusu vəziyyəti nəzarətdə saxlamaq və Hizbullahın potensial müdaxilələrinə qarşı durmaq qabiliyyətini nümayiş etdirməli olacaq. Onun döyüşçüləri Litani çayının cənubundakı ərazidən tamamilə geri çəkilməlidir.
