Separatçılar İrəvanda hərəkətə keçdilər - Bayraq qaldırmaq istəyənlər SAXLANILDI

İrəvanda son bir neçə gündür Fransa meydanında separatçı simvollarla bağlı müzakirələr və gərginlik davam edir.

Referans Media xəbər verir ki, “Daşnaksütyun” Erməni İnqilabi Federasiyasının Gənclər Birliyinin yaydığı məlumata görə, gecə saatlarında qondarma “artsax bayrağı”nı yenidən quraşdırmağa cəhd edən təşkilatın iki nümayəndəsi saxlanılıb.

 
ARF nümayəndələri bildirirlər ki, sözügedən simvollar meriyanın göstərişi ilə meydandan yığışdırılır.
Təşkilat artıq baş verənləri “milli simvollara və yaddaşa hücum” kimi təqdim etməyə çalışır. Lakin məsələ, ləğv edilmiş separatçı rejimin simvollarının ictimai məkanda nümayiş etdirilməsi ilə bağlıdır.

Hadisə Ermənistan cəmiyyətində və siyasi dairələrdə əlavə müzakirələrə səbəb olub./konkret.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki