Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ: Qərar verin, əks halda...

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) qalıb-qalmayacağı ilə bağlı yekun qərar verməlidir.

Referans Media  xəbər verir ki, bu barədə Rusiyanın təşkilatdakı daimi nümayəndəsi Viktor Vasilyev bildirib.

 
Onun sözlərinə görə, İrəvan təşkilatda qalmaq və ya alternativ yol seçmək barədə qərarını Moskva ilə rəsmi şəkildə bölüşməlidir.
Xatırladaq ki, Ermənistan 2024-cü ilin fevral ayında KTMT-də üzvlüyünü dondurub. Ermənistanın Baş naziri Nikol Paşinyan isə zərurət yaranacağı təqdirdə təşkilatdan tam çıxma ehtimalını da istisna etməyib.

KTMT-nin nizamnaməsinə əsasən, Ermənistan səsvermə hüququndan məhrum edilə və ya təşkilatdan tamamilə xaric oluna bilər./konkret.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki