Bakıda dəhşətli qəza: sürücünün ayağı qopdu – VİDEO

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Referans Media Globalinfo.az-a isdinadən xəbər verir ki, hadisə paytaxtın Bəşir Bünyadov küçəsində qeydə alınıb. İlkin məlumata görə, “Range Rover” markalı avtomobillə “Mercedes” markalı nəqliyyat vasitəsi toqquşub.

Qəza nəticəsində sürücülərdən biri ağır xəsarət alıb. Bildirilir ki, zərbənin təsirindən onun ayağı topuq hissədən qopub.

Hadisə yerinə təcili tibbi yardım briqadası və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qəzanın başvermə səbəbləri araşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki