Tramp Ərdoğana "sürpriz" hazırlayıb - Özü AÇIQLADI

ABŞ Prezidenti Donald Tramp NATO sammiti öncəsi Vaşinqtonun Türkiyəyə aviamühərriklərin və ya F-35 qırıcılarının satışına dair qərar verə biləcəyini açıqlayıb.

Referans Media  xəbər verir ki, o, bu barədə NATO-nun baş katibi Mark Rutte ilə birgə brifinqdə danışıb.

 
Tramp bildirib ki, Türkiyə NATO üzvüdür və Vaşinqton Ankaranı sevindirəcək addım ata bilər.
ABŞ-ın vitse-prezidenti Cey Di Vens də administrasiyanın Türkiyəyə F-35 tədarükü imkanını Konqreslə birlikdə müzakirə etdiyini deyib.

Onun sözlərinə görə, bu məsələ ABŞ qanunvericiliyinin tələblərinə uyğun şəkildə qiymətləndirilir.
Xatırladaq ki, Türkiyəyə F-35 satışı 2019-cu ildə Ankaranın Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri almasına görə dayandırılmışdı./konkret.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki