Sərhədi pozmaq istəyən əcnəbilər saxlanıldı

  Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb.

Bu barədə  Referans.az-a  Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

 Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının “Şəki” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycandan Rusiya istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən iki nəfər Mərakeş vətəndaşı – Mohammed Fassih və Ousama Ben Moulay, “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Gürcüstan istiqamətinə üç nəfər Pakistan vətəndaşı – Ali Syed Farman, Amir Muhammad Shantazgul və Shah Syed Norman həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində saxlanılıblar.

Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki