Məsud Pezeşkian Moskvada dünya qaz ixracatçıları ilə görüşəcək

İran Prezidenti Məsud Pezeşkian Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) sammitində iştirak etmək üçün bazar ertəsi axşam Rusiyaya səfər edəcək.

Referans Media xəbər verir ki, bu barədə İranın "Tasnim" xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, sammit çərşənbə axşamı Moskva şəhərində keçiriləcək və Pezeşkian tədbirdə çıxış edəcək.

Agentliyin xəbərində bildirilir ki, İran prezidentinin Rusiyaya səfəri bir gün davam edəcək.

Bununla yanaşı, səfər çərçivəsində Pezeşkianın sammitdə iştirak edən bir sıra ölkələrin dövlət və hökumət başçıları ilə ikitərəfli görüşlər keçirməsi də istisna edilmir.

Qeyd edək ki, Qaz İxrac Edən Ölkələr Forum dünyanın əsas təbii qaz ixracatçısı ölkələrini bir araya gətirən beynəlxalq təşkilatdır və sammitdə enerji bazarındakı vəziyyət, qaz ixracı və üzv ölkələr arasında əməkdaşlıq məsələlərinin müzakirə olunacağı gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki