Siyavuş Novruzov AXCP və Müsavatı “Vətən xaini” adlandırdı

Vətən xaini olan AXCP və Müsavatdan başqa digər partiyalar dövlət maraqlarını dəstəkləyirlər.

Referans Media  report-a istinadla xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib. O qeyd edib ki, hər il yerli özünü idarəetmə sisteminə ayrılan pullarda artımlar olurdu, dotasiyalar verilirdi: “Lakin 2026-cı ilin büdcəsində bu artımlar nəzərə alınmayıb. Hesab edirəm ki, büdcədən bu sistemə artımın ayrılması daha yaxşı olar”. Deputat siyasi partiyalara da daha çox vəsaitin ayrılmasını irəli sürüb: “Azərbaycan dövlətinin maraqlarını vətən xaini olan AXCP və Müsavat istisna olmaqla digər siyasi partiyalar hamısı dəstəkləyirlər. Ona görə, siyasi partiyalara ayrılan pulların da artırılması daha münasib olardı”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki