Maskdan pul haqda inanılmaz proqnoz – 10 il sonra bizi nə gözləyir?

Amerikalı milyarder İlon Maskın son müsahibəsində pulla bağlı fikirləri diqqət çəkib. O bildirib ki, 2036-cı ildə robotlar bolluq yaradacaq və pul əhəmiyyətini böyük ölçüdə itirəcək.

Referans Media xəbər verir ki, bununla bağlı iqtisadçı Eldəniz Əmirov fikirlərini bölüşüb.

O, bu fikrin cəfəngiyyat olduğunu deyib.

“Robotlar məhsuldarlığı ciddi artıra bilər. Amma məgər pul təkcə istehsalın nəticəsidir? Əlbəttə yox. Pul resursların bölüşdürülməsidir, mülkiyyət hüquqlarıdır. Pul torpaq və enerji kimi məhdud resursların qiymətləndirilməsi alətidir. Pul xidmətlərin mübadiləsi üçün lazımdır və sair. Odur ki, bu gün dünyada mövcud olan reallıqlar qarşısında pulun əhəmiyyətini itirməsi heç yaxın 100 ildə mümkün deyil. Bunun üçün planetdə başqa şərtlər bərqərar olmalıdır.

Bəs, Elon Mask bunları bilmirmi? Əlbəttə bilir. Sadəcə o, bu cür proqnozlarla insanların gələcəklə bağlı gözləntilərinə təsir göstərməyə çalışır və bu yanaşma dolayısı ilə onun uzunmüddətli biznes maraqlarına da xidmət edir”.

İqtisadçı bildirib ki, İlon Maskın ən böyük üstünlüyü super texnologiya yaratması yox, davranış iqtisadiyyatını və insan psixologiyasını çox yaxşı bilməsidir:

“Bu gün dünyada böyük sərvət qazanmaq üçün iqtisadiyyatı yaxşı bilmək artıq vacib deyil. Ən vacib olan insanların nəyə inanacağını, hansı xəbərin diqqət çəkəcəyini və hansı fikrin kütləni hərəkətə gətirəcəyini daha yaxşı bilməkdir”./Globalinfo.az /


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki