Elbrusda ölümcül yürüş: Beş alpinistin həyatına son qoyan faciənin təfərrüatı

Elbrus dağının zirvəsinə qalxarkən orada çətin vəziyyətdə qalan yeddi alpinistin hamısının Bosniya və Herseqovina vətəndaşı olduğu müəyyənləşib. Onlardan beşi həlak olub.

Referans Media  Oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində iki alpinist sağ qalıb. Onlardan biri dağdan enərək kömək çağırmağı bacarıb. Digərinə isə xilasedicilər hadisə yerində yardım göstəriblər. Hazırda hər iki şəxs xəstəxanada müalicə alır.

Bundan əvvəl qrupdan iki alpinistin həlak olduğu bildirilmişdi. Məlumata görə, hadisə iki turistin səhhətinin qəfil pisləşməsi ilə başlayıb.

Alpinistlər yardım siqnalı göndərdikdən sonra Elbrus dağında axtarış-xilasetmə əməliyyatı başladılıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin Elbrus Yüksək Dağlıq Axtarış-Xilasetmə Dəstəsinin xilasediciləri turistlərin köməyinə cəlb olunublar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki