image-al35backend

SON DƏQİQƏ! Müdafiə Nazirliyi bunu İLK DƏFƏ paylaşdı 

Azərbaycan Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin balansında olan L-39 Albatros təlim təyyarəsinin yeni görüntülərini yayımlayıb.

Referans Media xəbər verir ki, yayılan kadrlarda Hərbi Hava Qüvvələrinin istifadə etdiyi L-39 “Albatros” tipli reaktiv təlim təyyarələrinin uçuş hazırlığı və təlim prosesinə dair məqamlar əks olunub.

Bildirilib ki, L-39 “Albatros” hərbi pilotların ilkin və əsas hazırlığı üçün nəzərdə tutulmuş təlim təyyarələrindən biridir. Bu tip hava vasitələri pilotların uçuş bacarıqlarının formalaşdırılması, manevr vərdişlərinin təkmilləşdirilməsi və döyüş tətbiqi üzrə hazırlıq səviyyəsinin artırılması məqsədilə geniş istifadə olunur.

Qeyd edək ki, L-39 “Albatros” reaktiv təlim təyyarələri uzun illərdir bir çox ölkələrin hərbi hava qüvvələrinin hazırlıq proqramlarında mühüm rol oynayır və pilotların peşəkar bacarıqlarının inkişafında vacib platforma hesab edilir.

Həmin təyyarələrin görüntülərini təqdim edirik.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki