SON DƏQİQƏ! Robert Köçəryan saxlanıldı - VİDEO

Ermənistanın ikinci prezidenti Robert Köçəryan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb.

Referans Media xəbər verir ki, bu barədə "Sputnik Ermənistan"a "Ermənistan" blokunun deputatı Aqnessa Xamoyan məlumat verib.

Bununla yanaşı, Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Robert Köçəryanın oğlu və “Ermənistan” fraksiyasının deputatı Levon Köçəryanın evində axtarış aparılıb.

Xatırladaq ki, bir gün əvvəl parlamentdə Levon Köçəryanla Baş nazir Nikol Paşinyan arasında şifahi mübahisə yaranmışdı. Paşinyan Köçəryanın bütün əmlakını müsadirə edəcəyinə söz vermişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki